Pakistanda silahlı hücum nəticəsində 28 nəfər öldürülüb

A- A A+

Pakistanın şimal-qərbində hərbi baza və sağlamlıq mərkəzinə iki ayrı silahlı hücum təşkil edilib.

NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10-u hərbçi olmaqla, 28 nəfər həlak olub.

Pakistan ordusunun insidentlə bağlı yaydığı açıqlamada həlak olanlar arasında tibb bacıları və uşaqların da olduğu bildirilib.

Hər iki hücumun ölkənin Əfqanıstanla sərhədinin şimal-qərb hissəsində qərarlaşan silahlı radikal dini qrupların yenidən fəallaşmaları ilə eyni vaxta təsadüf etdiyi qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: