Gürcüstanda 120-dən çox QHT “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə məhkəməyə müraciət edəcək

A- A A+

Gürcüstanın 121 QHT-si “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə bu gün Konstitusiya Məhkəməsində iddia qaldıracaq.

NUHÇIXAN Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu IDFI nümayəndəsi Giorgi Davituri deyib.

"Mübahisəli qanun vətəndaşların ölkənin ümumi məqsədinə - yaxşılıq etmək və insanlara kömək etmək üçün birləşmək hüququnu məhdudlaşdırır”, - o bildirib.

G.Daviturinin sözlərinə görə, QHT-lər Avropa İnsan Haqları Məhkəməsində də (AİHM) iddia qaldırmağa hazırlaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: