Qazaxıstandan Xəzər dənizinə 6 milyard kubmetr su yönəldilib

A- A A+

Qazaxıstanın Su Resursları və İrriqasiya Nazirliyi sel zamanı ölkədəki su anbarlarında toplanan su və onun axma istiqamətləri barədə məlumat verib.

NUHÇIXAN nazirliyin cari ilin birinci yarısının yekunlarına dair məlumatına istinadən xəbər verir ki, sel zamanı Qazaxıstanın su təsərrüfatı obyektləri yalnız təhlükəsiz su ötürülməsini təmin etməyib, həm də su anbarlarını doldurmaq, son illərdə quruyan çaylar və göllərə, təbii otlaqlara və digər obyektlərə su yönləndirmək imkanı verib.

“Ölkənin su anbarlarında 75 milyard kubmetr su toplanıb. Bu, keçənilki illə müqayisədə 15 milyard kubmetr çoxdur. Yığılan suyun 12 milyard kubmetrindən çoxu sel sularıdır. Sel başladıqdan bəri Balxaş gölünə 3,3 milyard kubmetr su, Xəzər dənizinə isə təxminən 6 milyard kubmetr su yönəldilib”, - deyə nazirliyin məlumatında bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: