"Twitch" 3 illik qadağadan sonra Trampın hesabını blokdan çıxarıb

A- A A+

"Amazon.com"a məxsus "Twitch" striminq xidməti ABŞ-nin 35-ci prezidenti Donald Trampın hesabını 3 illik qadağadan sonra blokdan çıxarıb.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, Tramp özünü rəsmən Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürdükdən bir gün sonra onun hesabı bərpa edilib.

2021-ci ilin yanvarında "Twitch" Kapitoli iğtişaşından sonra Trampın hesabını qeyri-müəyyən müddətə deaktiv edib və bunu zorakılığın daha da qızışdırılması təhlükəsi ilə əsaslandırıb.

"Biz inanırıq ki, prezidentliyə namizədlərlə birbaşa əlaqə auditoriya üçün faydalı ola bilər. Tramp indi rəsmən respublikaçıların ABŞ prezidentliyinə namizədidir", - "Twitch" sözçüsü bəyan edib.

Şirkət qaydalara riayət olunmasına nəzarəti davam etdirəcəyini və pozuntular halında müvafiq tədbirlər görəcəyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: