Bu il Ermənistanda sosial şəbəkələrlə 150-yə yaxın narkotik satışı faktı aşkarlanıb

A- A A+

Bu il Ermənistanda sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150-yə yaxın fakt aşkar edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Past" qəzeti Ermənistan Daxili İşlər Nazirliyinə (DİN) istinadən bildirib.

Bundan əvvəl Ermənistan DİN 2023-cü ildə sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 100-dən çox səhifənin bloklandığını bildirmişdi. Həmçinin, ötən il internet vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 489 fakt aşkarlanıb, 489 nəfər həbs edilib.

“Bu il sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 147 fakt müəyyən edilib, onlardan 36-sı narkotik vasitələrin satışı, 111-i isə narkotik vasitələrin alınması ilə bağlıdır”, - nəşr qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: