KXDR-dən göndərilən tullantı dolu şar Cənubi Koreya prezidentinin ofisinin ərazisinə düşüb

A- A A+

KXDR-dən göndərilən tullantı dolu şarlardan biri Seulda prezident administrasiyasının yerləşdiyi kompleksin ərazisinə düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb .

“Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsi ilə birgə Şimali Koreyadan atılan tullantı yüklü şarlarla bağlı vəziyyətin monitorinqi zamanı Yonqsan bölgəsindəki hökumət kompleksinin ərazisində qalıqlar aşkar edilib”, - deyə Cənubi Koreya prezidentin müdafiə xidməti bildirib.

Mütəxəssislər tullantılar arasında təhlükəli maddə aşkar etməyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: