Nepalın “Saurya Airlines” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 18 nəfər həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Himalayan Times” nəşrinə Tribhuvan beynəlxalq hava limanından məlumat verilib.
Qeyd olunub ki, təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 19 nəfər olub.
İlkin məlumata görə, qəza yerində 18 meyit tapılıb. Təyyarənin kapitanı təcili olaraq xəstəxanaya yerləşdirilib.