“Yaponiya Hava Yolları” 41 yeni təyyarə sifariş verib

A- A A+

“Yaponiya Hava Yolları” (Japan Airlines) şirkəti Britaniyada keçirilən Farnboro-2024 aviasiya sərgisində növbəti böyük sifarişini verib.

NUHÇIXAN xəbər verir ki, “Boeing”ə 10 ədəd “Dreamliner” sifariş edən şirkət avropalı istehsalçı ilə də müqavilə imzalayıb.

“Yaponiya Hava Yolları” “Airbus” şirkətinə 20 ədəd A350-900 və 11 ədəd A321neo hava gəmisi sifariş verib. Şirkət 2028-ci ildən etibarən daxili reyslərdə əsasən dar füzelyajlı “Boeing”lər, beynəlxalq uçuşlarda isə geniş füzelyajlı “Airbus” və “Dreamliner” təyyarələri ilə xidmət göstərmək istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: