Litva ABŞ-dan “Javelin” üçün 6,5 milyon avroluq raket partiyası alıb

A- A A+

ABŞ Litvaya tank əleyhinə “Javelin” sistemləri üçün 6,5 milyon avro dəyərində raket partiyası göndərib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bunun Litva ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəyi qeyd edilir.

Satın alınan raketlərin sayı dəqiqləşdirilməsə də, partiyanın dəyərinin 6,5 milyon avro (7 milyon dollar) olduğu bildirilir. Eyni silahlardan ibarət 16,6 milyon dollarlıq ilk partiya Litvaya may ayında çatdırılmışdı.

2023-cü ilin dekabrında Litva və ABŞ beş illik müddəti əhatə edəcək hərbi əməkdaşlıq planını imzalayıb. Plan çərçivəsində Litva ordusu üçün lazım olan silahların, o cümlədən HIMARS reaktiv yaylım atəş sistemlərinin, zirehli maşınların və tank əleyhinə “Javelin” raketlərinin tədarükü üçün 60-a yaxın layihə həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: