Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 72 şübhəli saxlanılıb

A- A A+

Türkiyənin 13 vilayətində İŞİD terror qruplaşmasına qarşı “Gürz-1” əməliyyatı keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, Ankara, Adana, Antalya, Çorum, Elazığ, Gaziantep, Hatay, İstanbul, Kırıkkale, Kilis, Mersin, Şanlıurfa və Trabzonda keçirilən əməliyyatlarda ümumilikdə 72 şübhəli saxlanılıb.

Əməliyyat nəticəsində, həmçinin böyük həcmdə milli və xarici valyuta, eləcə də rəqəmsal vasitələr ələ keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: