ABŞ Hindistan banklarına sanksiya xəbərdarlığı edib

A- A A+

ABŞ Maliyyə Nazirliyi Hindistan banklarına xəbərdarlıq edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin maliyyə nazirinin birinci müavini Uolli Adeyemonun Hindistan Banklar Assosiasiyasına göndərdiyi məktuba istinadən məlumat yayıb.

“Biz bilirik ki, Rusiya ordusu kritik malların, o cümlədən mikroelektronikanın idxalına arxalanır və xarici maliyyə institutlarına müraciət edir”, - məlumatda deyilir.

Bildirilir ki, Hindistan bankları 30 gün ərzində ölkə bizneslərini ABŞ-nin anti-Rusiya məhdudiyyətləri barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: