“Politico”: Avropalıların əksəriyyəti öz ölkələrində korrupsiyanın yayıldığı qənaətindədir

A- A A+

Amerikanın nüfuzlu “Politico” nəşri Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən “Eurobarometer” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrini dərc edib.

NUHÇIXAN xəbər verir ki, sorğunun nəticələrinə görə, Avropa İttifaqı vətəndaşlarının üçdə ikisindən çoxu öz ölkələrində korrupsiyanın geniş yayıldığı qənaətindədir.

“Eurobarometer”in məlumatına görə, avropalıların 68 faizi korrupsiyanın genişmiqyaslı olduğunu bildirib; ən yüksək faizlər Yunanıstanda (98 faiz), Portuqaliyada (96 faiz), Maltada (95 faiz) və Sloveniyada (95 faiz) qeydə alınıb.

Yalnız üç Aİ ölkəsində korrupsiya nadir hal hesab olunur; ən aşağı faiz Finlandiyada - 18 faiz, Danimarkada - 26 faiz və Lüksemburqda - 43 faiz qeydə alınıb. Avropalıların təxminən dörddəbiri - 27 faizi gündəlik həyatlarında korrupsiya ilə şəxsən qarşılaşdıqlarını, 75 faizi biznes və siyasətin çox sıx bağlı olduğunu və bunun da korrupsiyanın çiçəklənməsi üçün şərait yaratdığını bildirib.

Sorğunun nəticələri Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərdə və bloka üzv olmağa namizəd statusu olan bir sıra ölkələrdə qanunun aliliyinə dair illik hesabatı ilə eyni vaxtda dərc edilib. İyulun 24-də açıqlanan hesabatda blokda korrupsiyaya qarşı mübarizəyə zərbə vurmaq riski olan bəzi cinayət qanunvericiliyi islahatları ilə bağlı narahatlıqlar vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: