Liviya 700-dən çox miqrantı Nigerə və Misirə deportasiya edib

A- A A+

Liviyanın Qeyri-qanuni Miqrasiyaya Nəzarət Departamenti 700-dən çox qeyri-qanuni miqrantı öz ölkələrinə - Niger və Misirə deportasiya edib.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu barədə departamentin təhlükəsizlik məsələləri bölməsi açıqlama yayıb. Bildirilib ki, Liviyadan miqrantların deportasiyası davam edəcək.

Xatırladaq ki, ölkənin daxili işlər naziri Emad əl-Tarabelsinin iyulun əvvəlində yaydığı məlumata görə, Liviyada olan xarici vətəndaşların sayı 2,5 milyondur və onların əksəriyyəti Liviya sərhədlərini giriş vizası olmadan keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: