“WhatsApp” messenceri mesaj göndərmə funksiyasını məhdudlaşdırıb.
NUHÇIXAN “Metro” portalına istinadla xəbər verir ki, bunu kompaniyanın vitse-prezidenti Viktoriya Qrant deyib.
“Bu gündən etibarən bütün dünyada istifadəçilər məlumatı yalnız beş ünvana yönləndirə bilər”, - deyə o bildirib.
Messencer nümayəndəsinin sözlərinə görə, bu, saxta informasiyaların yayılması ilə mübarizə aparmağa imkan verəcək. Əvvəlcə bu funksiya eksperiment qismində yalnız Hindistanda istifadə olunurdu. Belə ki, son iki ildə həmin ölkədə 40-dan çox insan barələrində saxta informasiya yayıldığı üçün qətlə yetirilmişdi.
Xatırladaq ki, əvvəllər “WhatsApp” messenceri ilə mesajı 20 ünvana yönləndirmək mümkün idi.