Fransada sürət qatarları şəbəkəsinə kütləvi hücumla bağlı bəzi detallar açıqlanıb

A- A A+

Xəbər verildiyi kimi, iyulun 26-da gecə saat 1-dən 5:30-dək Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) sürət qatarları (TGV) şəbəkəsinə qarşı beş təxribat cəhdi qeydə alınıb, onlardan yalnız birinin qarşısı alınıb. Nəticədə 800 min sərnişin qatarlarının gecikməsi və ya reyslərin ləğv edilməsi ilə üzləşib.

NUHÇIXAN xəbər verir ki, təxribatlar planlı şəkildə və eyni vaxtda həyata keçirilib. Hadisələr zamanı sürücülərin təhlükəsizliyi və açarların işləməsi üçün vacib olan fibre-optik kabellərin kəsilməsi, sonradan yandırılması baş verib. Yerli mətbuat bu hadisələrin ictimaiyyətə aid məkanlarda baş verdiyini qeyd edərək, bu işdə prosesi bilən şəxsin və şəxslərin əli olduğunu ehtimal edib.

Paris prokurorluğu Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) bütün saytlarına qəsdən ziyan vurulması ilə bağlı istintaq işi açıb. İstintaq bir neçə ittihamı, eləcə də xalqın əsas maraqlarına ziyan vura biləcək əmlakın korlanması və məlumatların avtomatlaşdırılmış sisteminə hücumu əhatə edir.

Ölkədə Atlantik, Şərq və Şimal istiqamətlərində sürət qatarlarının (TGV) hərəkəti dayanıb. SNCF səyahətçilərə səfərlərini təxirə salmağı və stansiyalara getməməyi tövsiyə edib. Bildirilib ki, bütün biletlər dəyişdiriləcək və geri qaytarılacaq.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Fransa hakimiyyətinə etimad göstərdiyini, bütün lazımi tədbirlərin görüldüyünü və hakimiyyətə 180 beynəlxalq kəşfiyyat xidmətinin kömək etdiyini vurğulayıb.

Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış baş verən bu hücum Parisə gələn çox sayda səyahətçinin və turistin səfərini çətinləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: