Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir

A- A A+

Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın gələcəyini təhdid edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Media Festivalı”nın iştirakçıları ilə görüşündə bildirib.

“Biz ildən-ilə azalırıq və bunun öhdəsindən yalnız orta doğum nisbətini artırmaqla gəlmək olar. Bu göstərici ölkəmizdə 1,4 təşkil edir. Bu, millətin gələcəyi üçün fəlakətlidir”, - deyə prezidentin mətbuat katibi bildirib.

İyulun əvvəlində Rusiya Federasiyasının Baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, reproduktiv yaşda olan qadınların sayının azalması uzunmüddətli xarakter daşıyacaq və 2046-cı ilədək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: