Netanyahu Livanla bağlı vəziyyətə görə hərbi-siyasi kabinetin iclasını çağırıb

A- A A+

İsrailin baş naziri Benyamin Netanyahu hökumətin əsas nazirləri ilə görüş keçirib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, məsləhətləşmələr Livanla sərhəddə vəziyyətin kəskin pisləşməsi fonunda keçirilir.

"Baş nazir Benyamin Netanyahu hazırda Tel-Əvivdəki Kiriya kompleksində Milli Təhlükəsizlik Məsələləri üzrə Nazirlər Komitəsinin (hərbi-siyasi kabinet) iclasını keçirir", - Netanyahunun ofisin açıqlamasında deyilir.

Qeyd olunur ki, Netanyahu bundan əvvəl Tel-Əvivdə kəşfiyyat xidmətləri və ordu rəhbərlərinin iştirakı ilə də əməliyyat iclası keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: