Fransada iqtidar Sena çayının təmizlənməsinə ayrılmış 1,4 milyard avronu boşuna xərcləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Vətənpərvərlər Partiyasının lideri Florian Filippo sosial şəbəkədə yazıb.
“Bazar gününə planlaşdırılan atletlərin Senada ilk məşqi ləğv edilib. Son günlərdəki yağışlardan sonra su çirklənib. Biz isə Senanı təmizləmək üçün 1,4 milyard xərclədik”, – siyasətçi gileylənib.
Xatırladaq ki, daha əvvəl bazar günü üçün planlaşdırılan triatlonçuların üzmə məşqi Senada su keyfiyyətinin əlverişsiz olması səbəbindən ləğv edildiyi bildirilmişdi.