Volqoqrad vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində 140 nəfər xəsarət alıb

A- A A+

Volqoqrad vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində, ilkin məlumata görə, təxminən 140 nəfər xəsarət alıb.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” məlumat yayıb.

Hadisə nəticəsində 3-ü uşaq olmaqla 15 nəfər xəstəxanaya yerləşdirilib. Qəza zamanı qatarda ümumilikdə 803 sərnişin olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: