Pentaqon Ukraynaya 1,7 milyard dollarlıq iki silah paketi elan edib

A- A A+

ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün ümumi dəyəri 1,7 milyard dollar olan iki silah paketi hazırlayıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında deyilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Birləşmiş Ştatlar artıq Ukraynaya 200 milyon dollar dəyərində ilk silah paketi ayırıb. Bu paketə hava hücumundan müdafiə sistemləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün sursat, artilleriya və s. daxildir.

"Pentaqon əlavə olaraq Ukraynaya uzun müddətli perspektivdə onun müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş əhəmiyyətli təhlükəsizlik yardımı paketi təqdim edir”, - Kirbi bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: