Avqustun 1-də Rusiya hərbçilərinin İrəvanın “Zvartnots” hava limanını tərk etməsi və Ermənistan sərhədçilərinin burada yerləşdirilməsi ilə əlaqədar əlavə şəxsi heyət cəlb edir.
NUHÇIXAN-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, bu fakt özünü xüsusilə də pasport və yüklərin sənədləşdirilməsi zamanı göstərəcək:
“Bu məqsədlə Ermənistanın Milli Təhlükəsizlik Xidməti əlavə əməkdaşların qəbulunu zəruri sayır”.
Qeyd edək ki, Rusiya sərhədçiləri 30 sentyabr 1992-ci ildə imzalanan müqavilə əsasında Gümrü, Armavir, Artaşat və Mehri sərhəd dəstələri, eləcə də “Zvartnots” havalimanında xidmət aparırdı.