Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü başa çatıb

A- A A+

Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrinin 5-ci görüşü baş tutub.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü ilə bağlı bəyanat verilib. Qeyd olunub ki, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

“Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: