Ölümcül istilər Qərbi Afrika və Cənubi Asiyanı həyat üçün yararsız edəcək

A- A A+

İqlim dəyişikliyi Qərbi Afrika və Cənubi Asiya sakinlərinə daha çox mənfi təsir göstərə bilər. Bu barədə CNN telekanalı Perdyu Universitetinin araşdırmasına istinadla xəbər verir.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, ekspertlər 2024-cü ilin qızmar yayının gələcək istilərlə müqayisədə sərin görünəcəyini bildiriblər. Yuxarıda qeyd edilən bölgələrdə əhalinin sıxlığı yüksəkdir və kondisionerdən istifadə imkanları məhduddur. Bu amillər həmin regionlarda yaşamağı qeyri-mümkün edir.

Alimlərin fikrincə, qlobal istiləşmənin güclənməsi fonunda ABŞ-ın bəzi əraziləri, xüsusən də orta qərb hissəsi ekstremal temperaturların episentrinə çevrilə bilər.

Bundan əvvəl BMT-nin Ümumdünya Ərzaq Proqramının Cənubi Afrika üzrə regional direktoru vəzifəsini icra edən Lola Kastro bildirib ki, son 100 ilin ən qızmar yayı nəticəsində yaranan quraqlıq bu bölgəni 2025-ci ilə qədər məhsulsuz qoyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: