HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, bina yerli vaxtla saat 02:00-da havadan vurulub.
Agentliyin məlumatına görə, raket İrandan deyil, xarici dövlətin ərazisindən atılıb.