Makronun Mərakeşi dəstəkləməsi Əlcəzairlə münasibətlərdə böhrana səbəb olub

A- A A+

Əlcəzair Qərbi Sahara ilə bağlı Mərakeşin muxtariyyət planına Fransanın dəstəyinin artırılmasına etiraz olaraq Parisdəki səfirini dərhal geri çağırıb və Makron hökumətinin bu addımını pisləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Bildirilib ki, Emmanuel Makronun Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı məktub Rabat tərəfindən ictimailəşdirilib. Məktubda E. Makron təsdiqləyir ki, “Mərakeş planı” indi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və danışıqlar yolu ilə siyasi həllə nail olmaq baxımından yeganə əsasdır”.

Dövlət başçısı əlavə edib ki, Qərbi Saharanın bu günü və gələcəyi Mərakeşin suverenliyi çərçivəsindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: