Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanını tərk ediblər

A- A A+

Rusiyanın Sərhəd Xidməti 32 ildən sonra İrəvanın “Zvartnots” beynəlxalq hava limanını tərk edir.

NUHÇIXAN xəbər verir ki, “Zvartnots” aeroportunun sərhəd-keçid məntəqəsinin mühafizəsinin İrəvana təhvil verilməsi haqqında protokolu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski və Ermənistan Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan imzalayıb.

Qeyd edək ki, Rusiya sərhədçiləri 1992-ci ildə bağlanan müqavilə əsasında Ermənistanın Türkiyə və İranla sərhədlərini və “Zvartnots” beynəlxalq hava limanının təhlükəsizliyini qoruyur.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il avqustun 1-də hava limanını tərk edəcəyini bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: