Türkiyə hökuməti instaqrama girişin bağlanmasını ikili standart kimi qiymətləndirib

A- A A+

Türkiyə hökuməti instaqram sosial şəbəkəsinə girişin bağlanmasına münasibət bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Ömer Fatih Sayan “X”də yazıb.

O bildirib ki, Qərb ölkələri müzakirə mövzusu olanda bir çox məsələlərdə dərhal tədbir görülür: “Biz də eyni reaksiyanı tələb edirik. Bu platformaların qaydalarına əməl edən ölkələrə təklif etdikləri təhlükəsiz, təmiz və ədalətli mexanizmin Türkiyə üçün də keçərli olmasını istəyirik. Təsisçilərin tətbiq etdikləri ikili standart bütün dünya üçün ortaq problemdir”.

Nazir müavini bildirib ki, Türkiyə dəyərlərinə hörmət edən, dezinformasiyasız, daha təmiz və təhlükəsiz sosial media yaradılması istiqamətində zəruri addımlar atacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: