Yunanıstan yəhudi hədəflərinə mümkün terror hücumlarından narahatdır

A- A A+

Yunanıstanın hüquq-mühafizə orqanları yəhudi və İsrail hədəflərinə potensial terror hücumu təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Bir sıra kəşfiyyat xidmətləri Yunanıstanı İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq mümkün hücumlar barədə xəbərdar edib.

Fransa daxili işlər naziri Gerald Darmanin isə gərginliyin artması fonunda yerli hakimiyyət orqanlarına sinaqoqlarda təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: