Türkiyənin ixrac həcmi cari ilin sonunda 267 milyard dollara çatacaq

A- A A+

Türkiyənin ixrac həcminin ilin sonuna qədər 267 milyard dollara çatdırılması planlaşdırılır. Bu məqsəd Türkiyə hökumətinin Ortamüddətli İqtisadi Proqramında öz əksini tapıb.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz avqustun 3-də, şənbə günü ölkənin xarici ticarəti ilə bağlı son məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, 2024-cü ilin iyul ayında Türkiyənin ixracı 22,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 13,8 faiz çoxdur.

Yılmaz qeyd edib ki, xarici bazarlarda tələbin az olmasına baxmayaraq, hazırda Türkiyə iqtisadiyyatında müsbət tendensiya davam edir. “Bütün bunlar Türkiyə hökumətinin balanslaşdırılmış siyasətinin nəticəsidir”, - deyən vitse-prezident ixracatçı şirkətlərə dəstək verən bütün strukturlara təşəkkürünü bildirib.

Vitse-prezident qeyd edib: “Türkiyənin mal və xidmətlərin ixracı üzrə artımı davam etdirməsi valyuta ehtiyatlarını daha da artıracaq, ticarət kəsirini azaldacaq, maliyyə sabitliyinə və deflyasiyaya töhfə verəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: