Banqladeşdə etiraz aksiyalarında 90 nəfər ölüb

A- A A+

Banqladeşdə hökumət əleyhinə etirazlarda ölənlərin sayı artıb.

NUHÇIXAN “Le Matin” saytına istinadla xəbər verir ki, paytaxt Dəkkədə aksiyalar hökumət tərəfdarları və əleyhdarları kütləvi toqquşmalarla müşayiət olunub. Tərəflər bir-birinə soyuq silah və küt alətlərlə hücum ediblər. Polis narazı kütləni sakitləşdirmək üçün döyüş güllələri tətbiq edib.

Son məlumata görə, toqquşmalarda 90-dan çox şəxs həyatını itirib. Onlardan 14-ü polis əməkdaşıdır.

Ümumilikdə iyulda başlayan etiraz aksiyaları indiyədək 300-dək banqladeşlinin həyatını itirməsi ilə nəticələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: