G7 ölkələri və Aİ Yaxın Şərqdəki vəziyyətin gərginləşməsindən narahatdır

A- A A+

G7 ölkələrinin (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ) xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) Yaxın Şərqdə gərginliyin artması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Aİ məlumat yayıb.

Bildirilib ki, bu gərginliyin regionda daha geniş münaqişəni alovlandırma təhlükəsi narahatlıq doğurur.

"Biz bütün əlaqəli tərəfləri bir daha gərginliyi azaltmağa və deskalasiya istiqamətində konstruktiv addımlar atmağa çağırırıq. Yaxın Şərqdəki vəziyyətin gərginləşməsindən heç bir ölkə və ya millət qazanclı çıxa bilməz", - məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: