ABŞ öz hərbçilərini Nigerdəki aviabazadan çıxarıb

A- A A+

ABŞ ordusu Nigerin şimalında yerləşən Aqades şəhərindəki aviabazadan çıxarılıb.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin Silahlı Qüvvələrinin birgə bəyanatında deyilir.

"ABŞ Müdafiə Nazirliyi ilə Niger Milli Müdafiə Nazirliyi ABŞ qüvvələrinin və hərbi texnikanın Aqadesdəki 201-ci bazadan çıxarılmasının başa çatdığını elan edib", - bəyanatda bildirilib.

İyulun əvvəlində ABŞ ordusu Nigerin paytaxtı Niameydəki bazanı tərk edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: