"Zvartnots"dan çıxarılan Rusiya hərbçiləri Ermənistanın Türkiyə və İranla sərhədində xidmətə başlayıblar

A- A A+

İrəvanın “Zvartnots” hava limanında xidmətini başa vuran Rusiya hərbçiləri Ermənistanın Türkiyə və İranla sərhədinin mühafizəsinə cəlb olunub.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

“Ermənistan və Rusiya arasında 1992-ci ildə bağlanmış müqaviləyə əsasən, Ermənistan-Türkiyə və Ermənistan-İran hissələrində dövlət sərhədinin mühafizəsi Rusiya FTX Sərhəd Xidmətinin hərbçiləri tərəfindən həyata keçirilir”, - məlumatda bildirilib.

Bununla belə, MTX hava limanında xidmət edən Rusiya sərhədçilərinin sayını açıqlamaqdan imtina edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: