Məşhur Niaqara şəlaləsi buz bağlayıb - FOTOLAR
Kanadada və ABŞ-ın şimalında davam edən güclü şaxtalar Şimali Amerikadakı Niaqara şəlaləsinin bəzi hissələrinin buz bağlamasına səbəb olub.
NUHÇIXAN CNN telekanalına istinadla xəbər verir ki, şəlalənin donmasına bu regionda tüğyan edən qar qasırğası səbəb olub. Yanvarın 22-də həmin rayonda havanın hərarəti mənfi 20 dərəcəyə qədər aşağı düşüb.
Kanada milli meteorologiya bürosunun məlumatına görə, ötən həftənin sonlarında ölkənin mərkəzi və arktik rayonlarında ekstremal şaxtalar qeydə alınıb. Havanın temperaturu mənfi 30-40 dərəcəyə, bəzi yerlərdə hətta 55 dərəcəyədək enib. Regionda soyuq küləklərin hələ iki həftə davam edəcəyi bildirilir.
Niaqara çayındakı şəlalələr kompleksi Nyu-York ştatını Ontario vilayətindən ayırır. Bu şəlalələrin maksimal hündürlüyü 51 metrdir.