Qrenlandiya adasında buzlaqların sürətlə əriməsi davam edir.
NUHÇIXAN Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, alimlərin araşdırması nəticəsində buzlaqların 2013-cü ildə 2003-cü illə nisbətdə 4 qat daha sürətli əriməsi aşkar edilib. Bunun bir neçə il sonra dəniz suyunun səviyyəsinin artmasına təsir edəcəyi bildirilib. Alimlər həmçinin, hadisə ilə əlaqədar ABŞ-ın Mayami və Nyu-York şəhərlərinin ciddi təhlükələrlə üzləşəcəyini qeyd ediblər.