Tacikistan və İran arasında vizasız rejim tətbiq ediləcək

A- A A+

Avqustun 10-dan etibarən Tacikistan və İran arasında ümumvətəndaş pasport sahibləri üçün vizasız rejim tətbiq ediləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“2024-cü il avqustun 10-dan Tacikistan və İran hökumətləri arasında ümumvətəndaş pasport sahibləri üçün vizaların ləğvi haqqında Anlaşma Memorandumu qüvvəyə minəcək”, - deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, hər iki ölkənin ümumvətəndaş pasporta sahib vətəndaşları ilk giriş tarixindən başlayaraq 90 gün ərzində tərəflərin ərazisinə 30 gün müddətinə vizasız səfər etmək hüququna malik olacaqlar. İlk mərhələdə vizasız sistemin tətbiqi yalnız Düşənbə - Tehran və Tehran - Düşənbə marşrutu üzrə hava nəqliyyatından istifadə edənlər üçün həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: