Kanadanın İsraildəki səfirliyi diplomatlarının ailələrini İordaniyaya təxliyə edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb .
İsrail Xarici İşlər Nazirliyinə bildirib ki, bölgədə təhlükəsizlik şəraitinin pisləşməsi və İrandan hücuma hazırlıq fonunda diplomatların ailələri İordaniyaya təxliyə edilir.
“Kanada diplomatların ailələrini İsraildən təxliyə edir”, - deyə portal yazır.
Bundan əvvəl ABŞ ordusunun keçmiş zabiti Skott Bennett İranın İsrail banklarına və biznes sektoruna zərbələr endirə biləcəyi ilə bağlı fikir bildirib.
Eyni zamanda İsrail ordusu gələcək hücum üçün planlar hazırladığını bəyan edib.