İran İsrailə hücum zamanı Qüds və Təl-Əvivdəki hökumət binalarına, o cümlədən, Baş nazir Benyamin Netanyahunun ofisi ilə parlament binasına zərbə endirməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Defapress" portalı məlumat yayıb.
Mümkün hədəflər arasında Təl-Əvivdəki Ben-Qurion hava limanı, Hayfa şəhərindəki hava limanı və ölkənin cənubundakı Ramon hava limanı, o cümlədən 8 aviabaza, üç liman və bir sıra enerji infrastrukturu obyektləri var.