Rusiyada meşə yanğınına görə regional fövqəladə vəziyyət tətbiq edilib

A- A A+

Buryatiya ərazisində təxminən 550 hektar sahədə meşə yanğınları davam edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Buryatiya Respublikası Meşə Təsərrüfatı Agentliyindən bildirilib.

“Avqustun 8-i səhər saatlarına olan məlumata görə, Kurumkan, Mui və Şimali-Baykal bölgələrində 7 meşə yanğını baş verib. Hazırda respublika ərazisində 548,3 hektar ərazini əhatə edən meşə yanğınlarının söndürülməsinə 5 texnika və 150 nəfər canlı qüvvə cəlb olunub.

Son 24 saat ərzində respublikada Şimal-Baykal bölgəsində bir meşə yanğını aşkar edilib. Yanğına səbəb şiddətli külək olub.

Buryatiya Respublikasının meşələrində regional fövqəladə vəziyyət rejimi qüvvədədir”, – məlumatda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: