“Apple” korporasiyası 2020-ci ildən etibarən smartfonlarda LCD (maye kristal) ekranların tətbiqindən tamamilə imtina etməyi və müasir OLED displeylərindən istifadəyə keçməyi planlaşdırır.
Bu haqda “The Wall Street Journal” qəzeti yazıb.
NUHÇIXAN “iz.ru” saytına istinadən bildirir ki, OLED (orqanik işıq diodlarına əsaslanan) texnologiyasına keçid daha elastik dizayna nail olmağa imkan verəcək.
İndi OLED displeyə malik qurğularla müqayisədə “iPhone XR” smartfonunun ekranının ətrafındakı çərçivələrin ölçüsü daha böyükdür.