“Ariane Group” korporasiyası bu günlərdə Avropa Kosmik Agentliyi ilə 2025-ci ilədək Aya ehtimal edilən uçuşu nəzərdə tutan proqramın işlənib hazırlanması barədə saziş imzalayıb. Yeni “Ariane-6” raketini artıq 2020-ci ildə sınaqdan keçirmək planlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, Avropa Ay proqramının əsas vəzifəsi Ay süxurları tozundan su və oksigenin alınması məqsədi ilə onu öyrənməkdir. Bu texnologiya Ayda içində insan yaşayışı olan avtonom stansiyanın yaradılmasına imkan verə bilər.
Xatırladaq ki, bu il insanın ilk dəfə Aya uçmasından 50 il ötür. Bu mövzu yenə də gündəmdədir. Çinin “Çane-4” aparatının Ayın arxa tərəfində enişindən sonra Avropa Kosmik Agentliyi də Yerin təbii peykinin öyrənilməsi planları barədə elan edib.