Ermənistanda 4,2 maqnitudalı zəlzələ olub

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudalı zəlzələ qeydə alıb.

Məlumata görə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentrində yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib. Zəlzələ Qeqarkunik vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, Yerevan şəhərində isə 2-3 maqnitudada hiss olunub.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: