Vladimir Putin Novo-Oqaryovoda Fələstin lideri ilə danışıqlar aparır

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Novo-Oqaryovodakı iqamətgahında Fələstin lideri Mahmud Abbasla danışıqlara başlayıb.

NUHÇIXAN bu barədə TASS-a istinadən xəbər verir.

Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək, həmçinin Fələstin-İsrail münaqişəsinin və Qəzza zolağında vəziyyətin kəskinləşməsi fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Görüş İsrailin Qəzza zolağında davam edən əməliyyatı ilə yanaşı, həm də Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi fonunda keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: