Fransa prezidenti Emmanuel Makron avqustun 14-də “Rafale” qırıcı təyyarələrinin toqquşması nəticəsində iki pilotun öldüyünü təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Kapitan Sebastien Mabir və leytenant Matis Loransın “Rafale” təyyarələrində təlim uçuşu zamanı qəza nəticəsində ölümü xəbərini dərin kədərlə öyrəndik", - paylaşımda qeyd edilir.
O, həlak olan pilotların ailələrinə və həmkarlarına başsağlığı verib.