Parisdə Yeni zelandiyalı diplomat qarət edilib

A- A A+

Yeni zelandiyalı diplomat Parisdəki evində iki silahlı şəxs tərəfindən qarət edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Parisien" qəzeti məlumat yayıb.

“Bizdə olan məlumata görə, cümə axşamı 34 yaşlı Yeni zelandiyalı diplomat Parisdəki evində zorakılıqla müşayiət olunan qarətin qurbanı olub. İki silahlı şəxs Yeni Zelandiya səfirliyində işləyən şəxsin Rapp prospektindəki evinə girərək şəxsi əşyalarını oğurlayıb. Dəymiş ziyan hələ hesablanmayıb. Hadisə zamanı tapançanın qundağı ilə diplomatın üzünə zərbə də endirilib”, – qəzet yazıb.

Onun ciddi xəsarət almadığı bildirilib. Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlsələr də, şübhəli şəxslər saxta dövlət nömrə nişanlı avtomobillə qaçmağı bacarıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: