“Şkoda” yeni “Kamiq” krossoverini təqdim edəcək

A- A A+

“Şkoda” avtomobil şirkəti yeni krossoverin – “Kamiq” kompakt modelinin hazırlandığını təsdiq edib.

NUHÇIXAN “Kommersant” qəzetinə istinadla xəbər verir ki, çex şirkətinin 2019-cu ilin martında Cenevrə avtosalonunda təqdim edəcəyi yeni modelin adı Kanadanın şimalında və Qrenlandiyada yaşayan inuit xalqının dilindəki sözdən götürülüb. Bu sözün mənası isə insanın özünə məxsus olan və çox yaxın hiss etdiyi əşya deməkdir.

Yeni model MQB platformasında hazırlanıb və “Skoda Vision X” avtomobilinin konsepsiyası üslubunda olan dizayna malikdir. “Kamiq” Avropa avtomobil bazarında çex markasından olan ən uyğun qiymətə satılacaq krossover olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: