Türkiyədə 72 yanğından 45-i nəzarət altına alınıb

A- A A+

Türkiyədə 72 yanğından 45-i nəzarət altına alınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Onun sözlərinə görə, 27 yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Dövlətimiz bütün imkanları ilə yanğından zərər çəkmiş vətəndaşlarımızın yanındadır. Yanğınların baş verdiyi ilk andan bütün aidiyyatı qurum və təşkilatlar koordinasiyalı şəkildə işləyir".

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, İzmirdə meşə yanğınlarından 78 nəfər zərər çəkib. 29 nəfərin xəstəxanalarda müalicəsi aparılır.

Xatırladaq ki, İzmirin meşəlik ərazilərində başlayan yanğın yaşayış yerlərinə yayılıb. 16 ev yanıb, 87 ev boşaldılıb, 44 iş yerində təxliyə aparılıb. Ümumilikdə 900 nəfər təxliyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: