Banqladeş ordusu həyatlarından qorxan 600-dən çox vəzifəli şəxsə sığınacaq verib

A- A A+

Banqladeş ordusu etirazlar və hakimiyyət dəyişikliyi fonunda ölkənin 600-dən çox vətəndaşına, o cümlədən siyasətçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hərbi düşərgələrdə sığınacaq verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ordunun ictimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumat deyilir.

Qeyd olunub ki, 24 siyasi xadim, 5 hakim, 19 mülki idarə məmuru, 500-dən çox müxtəlif vəzifəli polis əməkdaşı, 12 başqa peşənin nümayəndəsi, o cümlədən dövlət ali məktəblərinin məsul işçiləri olmaqla 626 nəfər hərbi məntəqələrə sığınıb.

Təhlükəsizlik vəziyyəti yaxşılaşdığından 615 nəfər artıq öz təşəbbüsü ilə sığınacağı tərk edib, 4 nəfər isə barələrində elan olunmuş ittiham və ya cinayət işi üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: