“Boeing” korporasiyası şəhər şəraiti mühitində istifadə üçün avtonom sərnişin hava gəmisinin ilk uçuş sınağını keçirib.
NUHÇIXAN xarici KİV-lərə istinadən bildirir ki, sınaqlar zamanı vertikal uçuş və eniş, eləcə də aralıq uçuş test edilib. Gələcəkdə korporasiya qanadın qaldırıcı gücündən istifadə etməklə uçuş sınağı keçirməyi, vertikal və horizontal uçuşlar arasında keçid fazasının sınağını planlaşdırır.
Yeni şəhər nəqliyyatının prototipi elektrik mühərriklə təchiz edilib və 80 kilometr tam avtonom uçuş üçün nəzərdə tutulub. Onun uzunluğunun ölçüsü təxminən 9 metr, eni isə 8,5 metr təşkil edir.