Dünyanın ən nüfuzlu avtomobil markalarından biri – Britaniyanın “Bentley” şirkəti özünün 100 illik yubileyini eksklüziv modelin buraxılması ilə qeyd edəcək.NUHÇIXAN “Motor” saytına istinadla xəbər verir ki, məhdud şəkildə istehsal ediləcək “Continental GT” modeli martın 5-də Cenevrə avtosalonunda təqdim olunacaq.
Yubiley maşınları tünd yaşıl rəngli gövdələri və radiator qəfəsi üzərinə vurulmuş “9” rəqəmi ilə fərqlənəcək. “Blower Bentley” 1930–cu ildə “Le-Mane”də bu nömrə altında çıxış edib və dövrəni qətetmə üzrə rekord müəyyən edib. Bundan əlavə, “doqquz” ədədi yüzilliyin illərinin rəmzi ola bilər: 1919-2019.
“Bentley” yüzüncü ildönümünün bayram edilməsi çərçivəsində brendin tarixindən və gələcəyindən söz açan kitab da nəşr etdirəcək. Kitabda əsas diqqət ən ötən əsrin 20-ci illərində “Le-Mane”dakı qələbələr, markanın məşhur modelləri, habelə bu şirkəti yaradan insanlar üzərində cəmləşdiriləcək.